Səninlə zirvəyəm,ucalan dağam!

Ruhum da,cismim də uçub dalınca.
Mən bir heç olaram sənsiz qalınca,
Fələk məndən bir gün canı alınca,
Sənsiz bir heçəm mən,solan yarpağam,
Səninlə xoşbəxtəm,qəmdən uzağam!
*****
Unudub özümü, sözümü daha,
Tutmuşam üzümü Qadir Allaha,
Çıxartsın zülmətdən aydın sabaha,
Sənsiz yolun azmış,çayam irmağam,
Səninlə havayam,suyam-torpağam!
****
Elə uzaqdasan yetmir əlim də,
Adın bitib gecə-gündüz dilimdə,
Sənsiz ətir saçmır bağda gülüm də,
Sənsizəm,küskünəm,pozuq növrağam,
Səninlə bir dünya,səsəm-sorağam!
****
Solmazam,aldığım nəfəsim də sən,
Dünyaya bağlayan həvəsim də sən,
Sevincim,şadlığım,şən səsim də sən,
Sənsiz yazılmayan adi varağam,
Səninlə zirvəyəm,uca bir dağam!
Püskürən vulkanam,qaynar ocağam!!

22-02-2017
Solmaz Şirvanlı
www.kafiye.net