Əziz dost,dəyərli qardaşım Idris Babayev in “Əcəl yaxınlaşır,nəvə həsrətindəyəm”şeirinə yazdım!

Nəvə payı.

Əcəldən danışma hələ tezdir,tez,
Yandırıb bağrımı gəl eyləmə köz,
Qalmaz ürəyində azacıq da döz,
Alarsan qucağa bir nəvə payı,
Qalan arzular heç ondan savayı!
***
Eşidər ocaqlar,pirlər sözümü,
Əl açıb Allaha tutdum üzümü,
Sevincdən parladar qara gözünü,
Əta edər sənə o şirin payı!
*****
Gül açacaq gözəl arzular bu yay,
Verəcək Rəbbimiz sənə gözəl pay,
Sən də qurban kəsib edərsən pay-pay,
Olarsan nəvəli babalar tayı!
*****
Solmaz,Yaradana tutub üzünü,
O gözəl Dərgaha dedi sözünü,
Atanda ilk qədəm,ayaq izini,
Açarsan bir süfrə,dostlara bir pay,
Yığılar el oba,həm əmi-dayı!

15-02-2017
Solmaz Şirvanlı
www.kafiye.net