Vətənsiz!

Mən adi kəs deyiləm,
Qəlbi yanan şairəm,
Özümə məxsus deyil,
Vətənimə dairəm!
*****
Əyə bilməz yad-yagı,
Döndərə bilməz məni,
Öz elimdən qürbətə 
Göndərə bilməz məni!
******
Yatıram yuxumda da, 
Vətən-Vətən deyirəm,
Mən ki,Vətən övladı,
Vətən ruhlu şeirəm!
****
Anam Azərbaycanım,
Sənə qurbandır canım!
Təkcə sənsən dünyada,
Mənim dinim-imanım!
*****
Sənsiz kiməm-nəçiyəm, 
Mən deyə bilmərəm ki,
Sənsiz alı-yaşılı,
Mən geyə bilmərəm ki,!
****
Sənsiz düşərəm dərdə,
Sənsiz hecə dönərəm,
Özümə övlad deyib , 
Mən öyə bilmərəm ki!
****
Solmazam ,bir divanə,
Dəli olaram sənsiz,
Qanadı qırıq bir quş, 
Bir heç ollam Vətənsiz!

17-03-2017
Solmaz Şirvanlı
www.kafiye.net