Men Adi Kes

Mən adi kəs deyiləm,
Qəlbi yanan şairəm,
Özümə məxsus deyil,
Vətənimə dairəm.
*****
Əyər bilməz yad-yagı,
Döndərə bilməz məni.
Öz elimdən qürbətə,
Göndərə bilməz məni!
*****
Yatıram yuxumda da,
Vətən,Vətən deyirəm,
Onun sadiq övladı,
Vətən ruhlu şeirəm!
*****
Anam Azərbaycanım,
Sənə qurbandır canım,
Sənsən mənim dünyada,
Təkcə dinim-imanım!
*****
Sənsiz kiməm-nəçiyəm,
Mən deyə bilmərəm ki,
Özümə övlad deyib,
Mən öyw bilmərəm ki!

Solmaz Şirvanlı
www.kafiye.net