Bu səhər!

Dağların döşündə duran dostlara,
Düşmənin boynunu qıran dostlara,
Yurdunda abadlıq quran dostlara,
Alqışlar deyirəm mən də bu səhər!
*****
Ey Vətən övladı sevin bu yurdu,
Vətən basılmayır güclüsə ordu,
Nadanlar-yağılar qəsdinə durdu,
Nifrətlər yarandı təndə bu səhər!
****
Qoymayın bu yurda dəyə yad nəfəs,
Baxdım gözəlliyə eylədim həvəs,
Vətəndən uzaqda həyat bir qəfəs,
Düşdü tellərimə dən də bu səhər!
****
Vətən tanımiram,Vətəndən qeyri,
Vətənlə bölürük şər ilə xeyri,
Nuş olur canıma dağların seyri,
Hələ ki,durmuşam gendə bu səhər!
******
Solmazın da gücü sözünə çatır,
Gəzib dağ-dərəni,düzünə çatır,
Gücü pəhləvantək yüzünə çatır,
Olmuşam bir iğid mən də bu səhər!!!

30-01-2017
Solmaz Şirvanlı
www.kafiye.net