Haqqımız ki,yox!

Vətən də bizimdi,el də bizimdi! 
Kəklikli,turaclı çöl də bizimdi,
Sonalar uçuşan göl də bizimdi,
Susub dayanmağa haqqımız ki,yox!
*****
Yağı talan edib,neçə yurdumu,
Yandırıb döndərib heçə yurdumu,
Düşünürəm gündüz-gecə yurdumu,
Yatıb-oyanmağa haqqımız ki,yox!
****
Oyan,qalx ayağa ey Vətən oğlu,
Kəsim qədəmində qurbanlıq toğlu,
Yurda sahiblənib,murdar it oğlu,
Dalda dayanmağa haqqımız ki,yox!
****
Cəbrayıl,Kəlbəcər,Xocalı,Laçın,
Qubadlı,Zəngilan,Ağdama qaçım,
Şuşadır,Ağdərə dərdə əlacım,
Ala boyanmağa haqqımız ki,yox!
*******
Ay Solmaz dərdini söylə obaya,
Qalxın Vətən oğlu gedək davaya,
Gedək divan tutaq namərd yağıya,
Qara boyanmağa haqqımız ki,yox!

22-02-2017
Solmaz Şirvanlı
www.kafiye.net