Günel Türksoy

YOXDUR


Mən gecənin sirdaşıyam ulduzlarla baş qatıram,
Ayla bölüb dərdlərimi,günəş çıxır mən yatıram.
Ayı günəşə satıram,günəşi aya satıram
Guya başqa dərdim,sərim,şikayətim yoxdur mənim?!


Ağır dərdi qaldırıram,yüküm belimi yandırır,
Nə yerə qoya bilmirəm,odu əlimi yandirir,
İçim sözümü yandırır,sözüm dilimi yandırır,
Həqiqəti söyləməyə cəsarətim yoxdur mənim.


Arzularım gül açmamış tumurcuqun yel apardi,
Gözûm qaldı yollarında ,gözlərimi sel apardı,
İki kəlmə söz deməmiş ağız qoydu el apardı,
Fani olan dünya üçün vəsiyyətim yoxdur mənim.


Dərd daşıdım,qəm daşıdım ətəyimdə balaq-balaq,
Çətin yolda addımladım mən bir təhər ayaq-ayaq,
Ömür adlı kitabımı izləsəniz varaq -varaq,
Görərsizki bu həyatda səadətim yoxdur mənim.



MÜƏLLİF : GÜNEL TÜRKSOY

www.kafiye.net