Günel Türksoy

DÜNYA

Daha nə səsləyən,nə gözləyən var,
Döyülmür qapılar,yol çəkmir gözlər.
Qəlblər daşa dönüb,dillər zəhərə,
Dəyişib baxışlar,dəyişıb üzlər.


Öz gücün,qüvvəsin yoxlamaq üçün
Dost dostun kürəyin nişana alır.
Birinin arzusu həyata keçir
Birinin həyatı yarıda qalır.


Kiminin gözündə bahadı dünya,
Kiminin gözündə ucuz bazardı.
Dəvəyə qanadı verməyən Allah,
Bəs sənin bəxtini necə yazardı?!




Müəllif : Günel TürkSoy
www.kafiye.net