Mən Atamdan güc almışam…



Mən Atamın gedib gələn nəfəsinin
Küləyindən güc almışam,yıxılmaram!
Mərhəmətlə,ləyaqətlə möhkəm vuran
Ürəyindən güc almışam,yıxılmaram!


Kürəyinə söykəməkdən kürəyimi
Hiss etmirəm indi nə qar,nə sazağı.
Mən Atamın baxışından güc almışam
Görmək üçün həm yaxını,həm uzağı.


Bu dünyanın dağdan ağır yüklərini
Şələləyib daşıyıram belim üstə.
Yorulmuram,çünki hər an hiss edirəm
Mən Atamin əllərini əlim üstə.



Müəllif : Günel TürkSoy

www.kafiye.net