Günel Türksoy

Bəlkə bir az dəli olum?


Bəlkə bir az dəli olum?
Almayım heç nəyi vecə!
Nə gündüzlər qəmli gəzim,
Nə ağlayım mən hər gecə.


Lap itirim yaddaşımı,
Keçmişimdən iz qalmasın.
Dünənimdən sabahıma
Danışmağa söz qalmasın.


Nə kiməsə könül verim,
Nə kiminsə könlün alım.
Hərə çəksın öz dərdini
Biraz dərddən uzaq qalım.


Yavaş-yavaş havalanıb
Öz-özümə deyim-gülüm.
Doğulandan ağlamışam
İndi gülə-gülə ölüm.


Müəllif : Günel Türksoy
www.kafiye.net