Günel Türksoy

“AYRILIQLAR QOVUŞDURDU…”


Ayrılıqlar ayırmadı yaddaşlardan
Ötüb keçən xoş ayları,xoş illəri.
Ayırmadı,qovuşdurdu gözdən axan
Göz yaşıyla, gələn-gedən fəsilləri.


Ayrılıqlar barışdırdı tənhalıqla
Tənhalıqdan parçalanmış ürəkləri.
Əsən yelə pay eylədi,neçə-nəçə
Arzuları,istəkləri,diləkləri…


Ayrılıqlar danışdırdı lal dilləri
Yol üstündə donub qalmış baxışlarla.
Ayrılıqlar ayırmadı,qovuşdurdu
Xəyalları küləklərlə,yağışlarla.

Müəllif :Günel TürkSoy

www.kafiye.net