Günel Türksoy

Həyatımın yolları



Həyatımın ayağına yıxılıb
Nəfəsimin balağından tutmuşam.
Yüz ölçmüşəm,bir biçmişəm yolumu
Addımımı yola görə atmışam.


Cəsarəti baxışıma bəndləyib
Təbəssümû kökləmişəm üzümə.
Keçirərək haqqı bir-bir gozümdən
Tikmişəm mən hər dediyim sözümə.


Düşüncəmə calamışam ağlımı
Bir gözümlə keçmişimə baxmışam.
Əllərimdən Allah tutub əzəldən
Çətinlikdən asanlıqla çıxmışam.





Müəllif : Günel Türksoy

www.kafiye.net