Günel Türksoy

Anaların nağılı


Beşiyimdə oxuduğun laylanı
İndi oxu mənim üçün ay Ana.
Sakit-səssiz yer tapmıram baş qoyum
Dizlərini gətir mənə pay,Ana.


Gəl sığal çək bu bəlalı başıma,
Al əlinə ürəyimi dincə qoy.
Cüt ayaqla yeriməkdən yoruldum,
Tək ayaqla,yenə məni küncə qoy.


Uşaq vaxtı söylədiyin nağıllar
Qulağımdan yaddaşıma dağıldı.
Yaşadïqca anladım ki,bu həyat
Anaların danışdığı nağıldı.


Müəllif : Günel TürkSoy
www.kafiye.net