Kategoriler

Arşivler

Elmaya Cabbarova Kategoriler

Tarih 17 Eki 2021 Kategori: Elmaya Cabbarova

Sonsuz roman.

 Sonsuz roman. Kiçik hekayədə yazdım bəxtimi, Tutdum başım üstdə güllü çətrimi, Çəmənlikdə azdırmadım səmtimi, Güllü – gülüstanda yolum dumandı. Yolumuz kəsişdi qaş qaralanda, Köksündən çıxarmış qəlb vurulanda, Bir baxışla min bir naxış vuranda, Mənim ömrüm yazılmamış romandı. Hər günümə göy qurşağı çəkdirən, Hər anımı bir cənnətə döndərən, Uzaqdan uzağa salam göndərən, Yar əlində inildəyən kamandı. […]

Tarih 11 Eki 2021 Kategori: Elmaya Cabbarova

OLAYDI.

OLAYDI. Aylarla, illərlə həsrət çəkdiyin, Uğruna bir ömür qurban verdiyin, Gecə də gündüz də xəyal qurduğun, Sənə nəfəs verən yarın olaydı. Qarşısında diz çöküb, yalvardığın, Əlin tutub, gözlərinə baxdığın, Gözəl yardan *hə* sözünü aldığın, Tarix olan o günlərin olaydı. Keçən ömür bir də geri qayıtmaz, Unutduğun xatirədən sayılmaz, Ruh olmasa, heç vaxt dastan yazılmaz, Dillərdə […]

Tarih 5 Eki 2021 Kategori: Elmaya Cabbarova

Könül Körpüsü

Könül Körpüsü Etmirəm şikayət, qəddi qamət məndədir, Sevgidə dəyanət, əhdə vəfa məndədir, Olsa fələyin kələyi, min bir oyunu, Ən çətin anda inam, etibar məndədir. Könül körpüsündə görüşmək çox asan, can, Bir nöqtəyə baxıb, xəyal qurmaq gözəl, can, Körpü möhkəm olar, mətanətin varsa, can, Billur sevgi həm məndə, həm səndə olsa, can. Hər yeri, hər yanı […]

Tarih 28 Eyl 2021 Kategori: Elmaya Cabbarova

Təbiətin sehri

Təbiətin sehri Təbiətin gülən üzü bizdədir, Sərvətimiz yer altında gizlidir, Yer üstündə çayır, çəmən düzdədir, Elimizin tarlaları gözəldir. Gül – çiçəkli çəmənlərin içində, Bal şirəli ot ələfin yeri var, Kərəntinin ağzı koruş kəsəndə, Bülöv daşın, mişar daşın yeri var. Çəmənliklər biçənəklər biçilər, Ətri rayihəsi çölə yayılar, Qurudub otları taya vurular, Alın təri, əl qabarı ruhdadır. […]

Tarih 28 Eyl 2021 Kategori: Elmaya Cabbarova

ANIM GÜNÜ

ANIM GÜNÜ Tarix bezib bunların, Dilənçi xislətindən, Hər yerdə bitən, alaq Qanqal, hay millətindən. Qırdılar taladılar, Doymayıb yandırdılar, Qız gəlini qayadan, Atdı məlun, alçaqlar. Əsir alıb igidi, Sındırmaq istədilər, Nər oğullar diz çökməz, Bunu dərk etmədilər. Dərdi sinəyə çəkib, Otuz il gözləmişdik, Böyüdü qaçqın düşən O balaca körpələr. Çingizin şüarı var, Haydı, igidlər haydı, Vətənimiz […]

Tarih 25 Eyl 2021 Kategori: Elmaya Cabbarova

GÖRƏN HARADASAN ?!

GÖRƏN HARADASAN ?! Elə düşünürəm, görən yazımmı? Mənə ilham verən, telli sazımmı? Köksümə sığmayan xoş avazımmı,? Rahatlıq verməyən bir sualım var, Ay ömrümü üzən, görən hardasan? O sən deyildinmi durub kənarda, Odlu baxışlarla süzürdün məni, Başımı döndərib, görəndə səni, Yanında görməzdim mən bir özgəni, Vəfadarım, – söylə indi hardasan? Hər kəsdən gizlədib sənin adını, Başqa […]

Tarih 25 Eyl 2021 Kategori: Elmaya Cabbarova

ÇƏTİR, YELLƏNCƏK və İKİMİZ

ÇƏTİR, YELLƏNCƏK  və İKİMİZ Bir çətir altında biz yola düşsək, Tanrıdan ən güclü yağış istəsək, Buludlar toqquşsa, şimşəklər çaxsa, Qorxum olmaz tufan qopsa, qar yağsa. Mənim bir arzum var, deyə bilmirəm, Üzünü görmürəm, gülə bilmirəm, Xəyaldan qoparıb, silə bilmirəm, Yolun bu tərəfə düşər olaydı. Hökm edə bilmirəm sevən könlümə, İnadla dözürəm etdiyi zülmə, Üsyan bayrağını […]

Tarih 26 Ağu 2021 Kategori: Elmaya Cabbarova

N A R aləmi

N A R aləmi Sirli bir aləmsən, xəzinəsən sən,Meyvələrin şahı, sultanısan sən,Alimlər baş açmır, müəmmasan sən,Həm meyxoşsan, həm də şirin dadın var,Hüsnünə heyranam ay Gülöyşə Nar. Səni bənzədirlər gözəl qızlara,Al rəngini əynindəki donlara,Tacını da göydəki ulduzlara,Nargilə, Gülnarə kimi adın var, Hüsnünə heyranam ay Gülöyşə Nar. Adına şeirlər yazdı Şairlər,Oxundu mahnılar, neçə nəğmələr,Səni seyr etməyə gəldi […]

Tarih 17 Ağu 2021 Kategori: Elmaya Cabbarova

Dənizin sahilində

Dənizin sahilində *Qızıl qumun* istisi, Qəlbdə eşqin həvəsi, Bir sərin meh əssəydi, Narın qumun üstündə, Qoşa qəlb çəkilsəydi. … İki könül bir olsa, Ürək sevgiylə dolsa, Əlin əlimdə olsa, Ayaqyalın, başaçıq, Xəyallarda uçardıq. ! Görənlər tanımazlar, Görüb də inanmazlar, Halımıza yanmazlar, Gülümsəyib keçərlər, Leyli Məcnun deyərlər. ! … O, mahnını oxusaq, «Nar ağacı, nar çiçəyi, […]

Tarih 19 Tem 2021 Kategori: Elmaya Cabbarova

Sevgi nağılı

Sevgi nağılı Gəl qırma könlünü ”Banu Çiçəyin”, O sənin qəlbinin titrək gülüdür. Tərk etmə növrağın saf məhəbbətin, Qoyma unudulsun, aman günüdür.! Sevgidə hər yolu sınamaq gərək, Qadasını alıb, başına dönmək, Odlu baxışlardan bir çələng hörmək, Ülvi məhəbbəti yaşatmaq gərək. Hər sözün başına kəndir salmamaq, Yalanı, doğrunu heç axtarmamaq, Arada həm hörmət, izzət saxlamaq, Sevginin ömründə […]