Könül Körpüsü






Etmirəm şikayət, qəddi qamət məndədir,
Sevgidə dəyanət, əhdə vəfa məndədir,
Olsa fələyin kələyi, min bir oyunu,
Ən çətin anda inam, etibar məndədir.



Könül körpüsündə görüşmək çox asan, can,
Bir nöqtəyə baxıb, xəyal qurmaq gözəl, can,
Körpü möhkəm olar, mətanətin varsa, can,
Billur sevgi həm məndə, həm səndə olsa, can.



Hər yeri, hər yanı gəzib olma Məcnun, can,
Səhra onun, Leyli onun, küsmə candan, can,
Dağ Fərhadın, Şirin onun, bilmirsənmi, can,
Əsli olub Kərəmə yar, yandırsa da, can.



Al “Sevdanı” uç səmaya cənnət, ordadır,
Dilli dilavər, gözləri mərcan, ordadır,
Günəş orda, Ay ordadır, ulduzlar orda,
Arzun, hər istəyin, zövqü – səfan ordadır.



Elmaya Cabbarova

04.10.2021.

www.kafiye.net