Təbiətin sehri





Təbiətin gülən üzü bizdədir,

Sərvətimiz yer altında gizlidir,

Yer üstündə çayır, çəmən düzdədir,

Elimizin tarlaları gözəldir.




Gül – çiçəkli çəmənlərin içində,

Bal şirəli ot ələfin yeri var,

Kərəntinin ağzı koruş kəsəndə,

Bülöv daşın, mişar daşın yeri var.




Çəmənliklər biçənəklər biçilər,

Ətri rayihəsi çölə yayılar,

Qurudub otları taya vurular,

Alın təri, əl qabarı ruhdadır.




Qoşa cığırların öz mənası var,

Hər kəs gedə bilməz axıra qədər,

İki qəlb yanaşı gedirsə əgər,

Arada həm sevgi, həm sədaqət var.




Elmaya Cabbarova
www.kafiye.net