GÖRƏN HARADASAN ?!



Elə düşünürəm, görən yazımmı?
Mənə ilham verən, telli sazımmı?
Köksümə sığmayan xoş avazımmı,?
Rahatlıq verməyən bir sualım var,
Ay ömrümü üzən, görən hardasan?




O sən deyildinmi durub kənarda,
Odlu baxışlarla süzürdün məni,
Başımı döndərib, görəndə səni,
Yanında görməzdim mən bir özgəni,
Vəfadarım, – söylə indi hardasan?



Hər kəsdən gizlədib sənin adını,
Başqa bir ad ilə çağırdım səni,
Axı, deyəsən mən də sevirdim səni,
Gizli xəzinəmin ləl – cəvahiri,
Çox axtardım səni, görən hardasan?



Gözünü çəkməzdin toyda, mağarda,
Hansı yana baxsam, görərdim səni,
Elə bil ildırım vurardı məni,
Yanağım allanar, gözüm gülərdi,
Ürək təlatümüm, görən hardasan?




Hərdən – birdən yolum üstə çıxardın,
Ətrafı unudub, mənə baxardın,
Mən də utanardım, yolu çaşardım,
Süzgün baxışlarla yola salardın,
Həsrətdə qalanım, görən hardasan?




Unutmadığım,
Unuda bilmədiyim,
Unuda bilməyəcəyim,
Eşqimin taxt – tacı,
Görən hardasan?…


Elmaya Cabbarova
03.07.2021.
www.kafiye.net