Dənizin sahilində




*Qızıl qumun* istisi,

Qəlbdə eşqin həvəsi,

Bir sərin meh əssəydi,

Narın qumun üstündə,

Qoşa qəlb çəkilsəydi. …




İki könül bir olsa,

Ürək sevgiylə dolsa,

Əlin əlimdə olsa,

Ayaqyalın, başaçıq,

Xəyallarda uçardıq. !




Görənlər tanımazlar,

Görüb də inanmazlar,

Halımıza yanmazlar,

Gülümsəyib keçərlər,

Leyli Məcnun deyərlər. ! …




O, mahnını oxusaq,

«Nar ağacı, nar çiçəyi,

Nə gözəldir yar göyçəyi»,

Sonra göz – gözə baxsaq,

Sanki, bir film olacaq.




Xəyal bizi apardı,

Hava yaman qaraldı,

Birdən baxıb saata,

Döndük real həyata,

Əlvida ilğımlara.


Elmaya Cabbarova
www.kafiye.net