Sevgi nağılı





Gəl qırma könlünü ”Banu Çiçəyin”,

O sənin qəlbinin titrək gülüdür.

Tərk etmə növrağın saf məhəbbətin,

Qoyma unudulsun, aman günüdür.!




Sevgidə hər yolu sınamaq gərək,

Qadasını alıb, başına dönmək,

Odlu baxışlardan bir çələng hörmək,

Ülvi məhəbbəti yaşatmaq gərək.




Hər sözün başına kəndir salmamaq,

Yalanı, doğrunu heç axtarmamaq,

Arada həm hörmət, izzət saxlamaq,

Sevginin ömründə təməl daşıdır.




Nəyə lazımdır ki, əhdi – peymanlar,

Yaxşı – yaman gündə sınanmır onlar,

Əgər istəyirsən xoşbəxt olasan,

Sözündə dürüst ol, qınamasınlar.




Niyə belə oldu, mənim taleyim, ?

Gileylənib, qəlbinizdən silməyin,

Anlamaq, dinləmək çözümdür bəlkə,

Tələsib, bir ömrü fəda etməyin.!




Ümid qığılcımı vardır həmişə,

Yavaşca od alsın könül atəşə,

Bir yanda da kəhriz, sərin bulaqlar,

Nəğmələr uçuşsun mavi səmada




Elmaya Cabbarova
www.kafiye.net