Sonsuz roman.





Kiçik hekayədə yazdım bəxtimi,
Tutdum başım üstdə güllü çətrimi,
Çəmənlikdə azdırmadım səmtimi,
Güllü – gülüstanda yolum dumandı.



Yolumuz kəsişdi qaş qaralanda,
Köksündən çıxarmış qəlb vurulanda,
Bir baxışla min bir naxış vuranda,
Mənim ömrüm yazılmamış romandı.



Hər günümə göy qurşağı çəkdirən,
Hər anımı bir cənnətə döndərən,
Uzaqdan uzağa salam göndərən,
Yar əlində inildəyən kamandı.



Sevdalı günlərin ömrü az olur,
Könül istəmədən nisgillə dolur,
Yaşıl yarpaq payız fəslində solur,
Yaşanmamış sevgi ömrü xəzandı.



Hələ də gözləyir sahildə bizi,
Divanə sevginin mavi dənizi,
Dalğalar səsləyir hər ikimizi,
Bu sevdanın ömrü sonsuz romandı.






Elmaya Cabbarova
 15.10.2021.

www.kafiye.net