ÇƏTİR, YELLƏNCƏK  və İKİMİZ





Bir çətir altında biz yola düşsək,

Tanrıdan ən güclü yağış istəsək,

Buludlar toqquşsa, şimşəklər çaxsa,

Qorxum olmaz tufan qopsa, qar yağsa.




Mənim bir arzum var, deyə bilmirəm,

Üzünü görmürəm, gülə bilmirəm,

Xəyaldan qoparıb, silə bilmirəm,

Yolun bu tərəfə düşər olaydı.




Hökm edə bilmirəm sevən könlümə,

İnadla dözürəm etdiyi zülmə,

Üsyan bayrağını tutub əlimdə,

Onu tərk etməyə ürəyim gəlmir.




Sevgi aləmində cəsarət gərək,

Şirin söhbət, şirin naz, ülfət gərək,

Bağlar möhkəm olsa, qırammaz fələk,

İkimizin bir adı var, – Məhəbbət.




Ay sevdiyim yağış yağır çölə bax,

Nişan üzüyünü barmağına tax,

İstədiyin qədər məni yandır – yax,

Yağış sularında islanacağam…




İkimizə bir yelləncək qursalar,

Hər yanına gil çiçəklər taxsalar,

Adını da * Sevgililər * yazsalar,

Yellənə – yellənə göyə uçardıq!….!
Elmaya Cabbarova
www.kafiye.net