N A R aləmi

Sirli bir aləmsən, xəzinəsən sən,
Meyvələrin şahı, sultanısan sən,
Alimlər baş açmır, müəmmasan sən,
Həm meyxoşsan, həm də şirin dadın var,
Hüsnünə heyranam ay Gülöyşə Nar.



Səni bənzədirlər gözəl qızlara,
Al rəngini əynindəki donlara,
Tacını da göydəki ulduzlara,
Nargilə, Gülnarə kimi adın var,
Hüsnünə heyranam ay Gülöyşə Nar.


Adına şeirlər yazdı Şairlər,
Oxundu mahnılar, neçə nəğmələr,
Səni seyr etməyə gəldi mələklər,
Bu dünyada şöhrətin var, şanın var,
Hüsnünə heyranam ay Gülöyşə Nar.





Elmaya Cabbarova
www.kafiye.net