Kategoriler

Arşivler

Elmaya Cabbarova Kategoriler

Tarih 14 Mar 2022 Kategori: Elmaya Cabbarova

Pünhan Sevgi

Pünhan Sevgi Gözələ gözəlsən deməyə nə var, Hüsnünə min naxış düzməyə nə var, Xumar baxışlarla süzməyə nə var, Qəlbində gizlənmiş pünhan sevgini, Dalğalar qoynuna atmağa nə var. Hər sevgi müqəddəs deyildir, bilin, Ürəkdən sevinin, ürəkdən gülün, Yalanı, böhtanı kökündən silin, Sevgi atəşində yanırsa dilin, Əğyara əlvida deməyə nə var. Utanmaq – sevginin dadı – duzudur, […]

Tarih 14 Mar 2022 Kategori: Elmaya Cabbarova

Könlümün sarı simi

Könlümün sarı simi Həzin bir musiqi çalınan zaman, Çəkir qəm yükünü əhvalım yaman, Fəryad qoparır tar, inləyir kaman, Mizrab nalə çəkir sarı simimdə. Sanki dərd yazılıb, ömür yaşıma, Heç nə düzəlməyir, getmir yoluna, Sağ tərəfi qoyub, gedir soluna, Yollar qarışıbdır mənim səmtimdə. Bir dəli sevdanın əks – sədası var, Başımdan çıxmayan mübtədası var, Muğamı, segahı, […]

Tarih 14 Mar 2022 Kategori: Elmaya Cabbarova

Darıxmışam

Darıxmışam Gözüm yolda, könlüm səsdə, Yarım, sənsiz darıxmışam, Sağlam canım olub xəstə, Hər nəfəsdə darıxmışam. Nə tez keçdi, ömür yarı, İstəmirəm yoxu, varı, Sənlə keçən hər bir anı Xatırlayıb, darıxmışam. Baxışların mənə bəsdi, Gümanımı fələk kəsdi, Aramızda yellər əsdi, Mən sənsizəm, darıxmışam. Gecə, gündüz bilmirəm ki! İncimişəm, küsmürəm ki! Qədərimi silmirəm ki! Mən sadəcə darıxmışam. […]

Tarih 6 Mar 2022 Kategori: Elmaya Cabbarova

Dünyanın halı

Dünyanın halı Çox böyük həvəslə şəhərlər salan,Qocanın, körpənin qeydinə qalan,Artıq həqiqətlər olub bir yalan,Atanı – ananı bir heçə sayan,Deyəsən dünyanın sahibi olur! Unudub dünyanın haqqı – sayını,Əldə hazır tutur ox və yayını,Eşitməyir zalım məzlum vayını,Qəddar düşüncələr, daş olmuş ürək,Deyəsən dünyanın sahibi olur! Görəsən göylərdən enmiş mələklər,Yuxuyamı gedir, iflicmi olur?Barıt qoxusunu yayan küləklər, Yer üstündə gəzən […]

Tarih 2 Mar 2022 Kategori: Elmaya Cabbarova

S a f g u ş ə

S a f g u ş ə Elmaya Cabbarova Poet from Azerbaijão ~~~~~~~~~~~~~~~~~~~~~~~~ Dünya gözəl duyğulara məskəndir, Könül gülən hər yer çəmən, çiçəkdir, Göydən yerə enən nurlu mələkdir, Ömrü günü laləzardır sevənin. Ən müqəddəs bir duadır, məhəbbət, Əhdi – peyman nişanıdır, sədaqət, Hər sevəndə olsa vəfa, dəyanət, Bu dünyanın şirin dadı, sevgidir. Mənim eşqim bir […]

Tarih 20 Şub 2022 Kategori: Elmaya Cabbarova

Azərbaycan dili

Azərbaycan dili Hər bir xalqın öz dili var dünyada, Kimsə bilməz nə sehir var bu dildə, Mən söyləyim öz yurdumun dilindən, Noğul, nabat, şəkər, bal var bu dildə, Şirinliyi qatı gəldi, çoxuna, Acı zəhər sürtdü yaylım oxuna, Nişan aldı, dəydi öz var – yoxuna, Sirr var, sehir, əzəmət var bu dildə. Xiridarlar yaşadı hər sözündə, […]

Tarih 25 Oca 2022 Kategori: Elmaya Cabbarova

Dəyişməz sevdam

Dəyişməz sevdam Mən bir Günəş timsali bərq vururam, Qəlblərdə möhürlənmiş taxt qururam, Sözümdə, söhbətimlə mərd dururam, Dəyişməz könlümün *sevdası* mənim. Hər kəsə məlumdur Dünya fanidir, Ömür keçicidir, zaman anidir, Fəlsəfi söz deyən alim, dahidir. Sevgidir, hörmətdir ülfətim mənim. Çalış ki, dünyada öz sözün olsun, Yazıb, yaratdığın möhürün olsun, Hörmətin, şərəfin, ad – sanın olsun, Yadımdan […]

Tarih 9 Kas 2021 Kategori: Elmaya Cabbarova

ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCANIM

ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCANIM Sevincimin yoxdur həddi – hüdudu, Qovdun üstümüzdən qara buludu, Vardı xalqın gələcəyə umudu, Ey əziz Vətənim, doğma diyarım, Zəfərin mübarək, Azərbaycanım! Bu savaşda hər kəs səfərbər oldu, Birləşib bir yumruqda, *dəmir* oldu, Ali Baş Komandan sərkərdə oldu, Neçə ölkə, dövlət yanında oldu, Səs saldı Dünyaya sənin varlığın, Dəstək durdu qardaşımız Türkiyə, Pakistan […]

Tarih 25 Eki 2021 Kategori: Elmaya Cabbarova

Fəsillər

Fəsillər İldə dörd fəsil var: Qış, Yaz, Yay, Payız, Hər biri gözəldir, iltifat saysız, Üçü görüşürlər yer dəyişərək, Biri yalnız qalır, vəsf edəm gərək. Qışda hava soyuq, sular buz bağlar, Qopar tufan, çovğun olar, qar yağar, Sevinər uşaqlar, qartopu oynar, Yanaqları oxşar qışın sazağı. Yazda günəş çıxır, sərin meh əsir, Ruha nəfəs gəlir, yerə can […]

Tarih 22 Eki 2021 Kategori: Elmaya Cabbarova

Ý Â Ğ I Ş

Ý Â Ğ I Ş Baxdım ki, göydən yerə nur ələnir, Damlalar üz – gözümə səpələnir, Sevən qəlbim duyğulara bələnir, Çax ey şimşək, yağ ömrümə ey yağış. Damcılar düzülüb mirvari kimi, Sanki qırılacaq qəlbimin simi, Unuda bilsəydim kədəri, qəmi, Qonardı gözümə nazlı bir baxış. Ömrümə yazılan bəxt ulduzumsan, Mənə ilham verən qürur tacımsan, Getmə uzaqlara, […]