Ý Â Ğ I Ş


Baxdım ki, göydən yerə nur ələnir,
Damlalar üz – gözümə səpələnir,
Sevən qəlbim duyğulara bələnir,
Çax ey şimşək, yağ ömrümə ey yağış.



Damcılar düzülüb mirvari kimi,
Sanki qırılacaq qəlbimin simi,
Unuda bilsəydim kədəri, qəmi,
Qonardı gözümə nazlı bir baxış.



Ömrümə yazılan bəxt ulduzumsan,
Mənə ilham verən qürur tacımsan,
Getmə uzaqlara, sən həyatımsan,
Sənsiz hər günümə yağacaq yağış.



Ömrə vəfamı var, etibarmı var,
Sən olmasan olar mənə dünya dar,
Sevginə qərq eylə ay sevdiyim yar,
Gözlərdəki baxış vursun min naxış.



İtirməkdən çox qorxuram səni mən,
Bilirəm ki, çox sevirsən məni sən,
İkimizin bir ömrü var, gəlir tən,
Nə qədər istəyir, qoy yağsın yağış.



Elmaya Cabbarova

20.10.2021.
www.kafiye.net