Dəyişməz sevdam





Mən bir Günəş timsali bərq vururam,

Qəlblərdə möhürlənmiş taxt qururam,

Sözümdə, söhbətimlə mərd dururam,

Dəyişməz könlümün *sevdası* mənim.




Hər kəsə məlumdur Dünya fanidir,

Ömür keçicidir, zaman anidir,

Fəlsəfi söz deyən alim, dahidir.

Sevgidir, hörmətdir ülfətim mənim.




Çalış ki, dünyada öz sözün olsun,

Yazıb, yaratdığın möhürün olsun,

Hörmətin, şərəfin, ad – sanın olsun,

Yadımdan çıxmayan əzbərim mənim.




25.01.2022

Müəllif: Elmaya Cabbarova.

www.kafiye.net