ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCANIM




Sevincimin yoxdur həddi – hüdudu,

Qovdun üstümüzdən qara buludu,

Vardı xalqın gələcəyə umudu,

Ey əziz Vətənim, doğma diyarım,

Zəfərin mübarək, Azərbaycanım!



Bu savaşda hər kəs səfərbər oldu,

Birləşib bir yumruqda, *dəmir* oldu,

Ali Baş Komandan sərkərdə oldu,

Neçə ölkə, dövlət yanında oldu,

Səs saldı Dünyaya sənin varlığın,



Dəstək durdu qardaşımız Türkiyə,

Pakistan da qalmadı, bir kənarda,

PUAlar qoymadı biz qalaq darda,

İgidlər vuruşdu, döndü növrağın,

Qarış – qarış azad oldu torpağın.



Qırx dörd gün gözümüz yollarda qaldı,

Hər kəsin cəbhədə doğması vardı,

Heç asan olmadı, ürəklər yandı,

Sonda azadlığın məşəli yandı,

Ucaldı zirvəyə şanlı bayrağın.



Şuşa; dünyaya açılan pəncərə,

Heç bir yerdə yoxdur belə mənzərə,

İgidlər yaratdı müthiş vəlvələ,

Bircə – bircə dənlədilər düşməni,

Şuşasına qovuşdu Qarabağın.



Üzü gülür bizim *Xarı Bülbülün*,

Yetişib zəmidə sarı sünbülün,

Ətirlidir, hər çiçəyin, hər gülün,

Sevinir mərd qızın, nər oğulların,

Zəfərin mübarək, Azərbaycanım!



Elmaya Cabbarova

08.11.2021.

www.kafiye.net