Fəsillər



İldə dörd fəsil var: Qış, Yaz, Yay, Payız,
Hər biri gözəldir, iltifat saysız,
Üçü görüşürlər yer dəyişərək,
Biri yalnız qalır, vəsf edəm gərək.



Qışda hava soyuq, sular buz bağlar,
Qopar tufan, çovğun olar, qar yağar,
Sevinər uşaqlar, qartopu oynar,
Yanaqları oxşar qışın sazağı.



Yazda günəş çıxır, sərin meh əsir,
Ruha nəfəs gəlir, yerə can gəlir,
Ağaç çiçək açır, qaranquş gəlir,
Baharın ətrini unutmaq olmur.



Yay çox sevinclidir, haylı – küylüdür,
Başlanır tətillər, məzuniyyətlər,
Toya hazırlaşır bəylər, gəlinlər,
Hasil olsun xoş arzular, niyyətlər.



Pozitiv ruh hər fəsildə gərəkdir,
Kim deyib ki, Payız qəmdir, kədərdir,
Yaz güldürsə, Payız da bol bəhərdir,
İlin hər dörd fəsli ömür deməkdir.




Elmaya Cabbarova

25.10.2021.

www.kafiye.net

Bir ağaç, gökyüzü ve yazı görseli olabilir