Elmaya Cabbarova.

Hicran



Hicran, sənə çox üz verdik deyəsən,
Gəldin, lövbər saldın qapımızda sən,
Qonaq üç gün olar, bəlkə gedəsən,
İllərdir qalmısan aramızda sən.


Ayrılıq, hökm etmə eşqin mülkünə,
Bağlama ümidi şeytan kürkünə,
Ah-nalə alovu ütüb göndərər,
Gedər-gəlməz yolla səni sürgünə.


Sevgilim, güc tapaq özümüzdə biz,
Yenidən döyünsün sevən qəlbimiz,
Qalmasın hicrandan əsər-əlamət,
Məhəbbət yolunda salaq yeni iz.



Müəllif: Elmaya Cabbarova.

09.06.2023.

www.kafiye.net