Yasəmən gülü



Bu çiçəyin ətri bihuş edici,
Hər sevən ürəyə nüfuz edici,
*Yasəmən ətirli* olur sevgilər,
Əsərlər yazılır məftun edici.


Romanlar oxunur sətirbə sətir,
Xəyallar dolanır dağda, aranda,
Tutub başımıza həsirdən çətir,
Nəğmə oxuyuruq, yağış yağanda.


Yasəmən adında olan qızların,
Yarına sevgisi, vəfası olur,
Əhdi-peymanına sadiq oğlanın,
Ömrünə yazılmış sevdası olur.



Müəllif: Elmaya Cabbarova.

01.07.2022.

www.kafiye.net