Elmaya Cabbarova

“Nuh” yoxsa “Xəyal”gəmisi.



Doqquz yüz əlli il həyatda qalmış,
Adı Nuh, özü bir Peyğəmbər imiş,
Yaradanın əmri, göstərişilə,
Tufandan qorunmaq məqsədi ilə,
Böyük bir gəmini inşa edibmiş.



Toplayıb bir yerə insan, heyvanı,
Tədarük eyləyib suyu, qidanı,
Bu nəhəng gəmidə həyat yaratmış,
Hər kəs bu gedişdən razı qalıbmış,
Bəşərin xilası bu gəmidəymiş.



Fələyin işini bilmək olmazmış,
Axı, su tökməklə quyu dolmazmış,
Sevgiylə bəslənən güllər solmazmış,…
Qəfil qopan tufan, dağıdammamış,
Gəmidən bu günə izləri qalmış.



Artıq bəlaları dəf etmək üçün,
Nuhun gəmisinə gərək qalmamış,
İnsan zəkasının “Xəyal gəmisi”
Süzür səmalarda, üzür dəryada,
Dayaz olan yerdə lövbər salmamış.



Xəyal cövlan edər dörd bir tərəfə,
İstədiyin yerə gedər, gələ bilərsən,
Ürəkdən sevinib gülə bilərsən,
Bu gəmini hər vaxt sürə bilərsən,
Onun yanacağı heç tükənməzmiş.



Hər kəs minib sürər öz gəmisini,
Xəyalın hökmündən, güc – qüdrətindən,
Vəfalı könüllər xoşbəxt olurmuş,
Hər arzu, hər dilək göz qırpımında
Sirli tilsim kimi hasil olurmuş.



Müəllif: Elmaya Cabbarova.
29.10.2022.

www.kafiye.net