Elmaya Cabbarova.

Yenə o bağ olaydı, kaş…


Bir vaxt bizim olan,
Sonra satılan,
Düşdükcə yadıma,
Kövrəlirəm yavaşdan.



Sənli xatirələrim
Çözülür yumaq kimi,
Bir – bir açılır
Dəftərdə varaq kimi.


Deyirəm, ay aman,
Gör ömrümdən nə qədər
Keçib bu zalım zaman.
Kaş yenə o vaxtlar olaydı…


Çəpərdən gizli – gizli,
Baxaydıq, baxışaydıq.
Görənlər olsa belə,
Gəlib insaf, mürvətə


Bizə həyan olaydı,
Bu sirri saxlayaydı.
Yarım, görəndə səni,
Dünya mənim olaydı,


Sevinəydik, güləydik,
Xəyallara dalaydıq,
Arzudan kam alaydıq.
Əl – ələ tutuşaydıq,


Qanadlanıb uçaydıq,
Süzüb əngin səmada,
Quşlara dost olaydıq.
Görürsənmi, sevgilim,


Arzular baldan şirin,
Səninlə keçən anlar
Yazılıb yaddaşıma.
Taleyin oyunları,


Quyu qazıb çox dərin,
Aramızda əsən yel,
Soyuq olsun, ya sərin,
Nə qədər nəfəsim var,


Xəyal edib surətin,
Könlümə həkk edəcəm,
Səni daim sevəcəm.
Yenə o bağ olaydı, kaş!



Müəllif: Elmaya Cabbarova.

05.06.2023.

www.kafiye.net