şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Qısa, çox şərəfli ömür yaşadın,
Sən “Qənirə” adlı heykəl yaratdın.
Nə tez “Mələk” olub, göyə ucaldın,
Bu millət yaşadar, unutmaz səni. ~
Elmaya Cabbarova
Qənirə Ələsgər qızı Paşayeva
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat etmişdir.
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində
anadan olmuşdur. O, orta məktəbi bitirərək 1991–1998-ci illərdə Azərbaycan
Dövlət Tibb Universitetinin pediatriya fakültəsində oxumuş, daha sonralar Bakı
Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış, 2010-cu
ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi
dərəcəsinə layiq görülmüşdür.
Əmək fəaliyyətinə 1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində
başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə
çalışmış, 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr
departamentinin rəhbəri olmuşdur.
Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Pakistan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olmuşdur. Qənirə Paşayeva həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.
Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün
sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə
böyük hörmət və rəğbət qazanmışdır. Milli dövlət quruculuğu və vətəndaş
cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında
onun təqdirəlayiq xidmətləri vardır. O, Milli Məclisin Mədəniyyət komitəsinin
sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla
gerçəkləşdirilməsində yaxından iştirak etmişdir.
Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi
dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi
nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani
keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.
Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və
publisistik
məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanmışdır. Qənirə
Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən
dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında
birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli
töhfələr vermişdir.
Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Ədalət Vəliyev
Fərəh Əliyeva
Adil Kərimli
Eldar Quliyev
Hicran Hüseynova
Əhliman Əmiraslanov
Eldar İbrahimov
Səməd Seyidov
Rafael Hüseynov
www.kafiye.net
Kaynak
https://azertag.az/…/qenire_elesger_qizi_pasayeva-2767909#Nekroloq
huseyindurmus
Ekim 1st, 2023 11:01
Genç yaşta kaybettiğimiz çok değerli insan Paşeyava hanıma Allahtan rahmet diliyorum.