Elmaya

Bu mənəm


Boş kağıza qol çəkərək,
Haqsızlığa yol verərək,
Qəlbə dəyən bir kəlməni
Demərəm mən, demərəm mən.


Soy kökümün ad-sanını,
İlk sevginin bal dadını,
Dünya malı, cah-cəlala
Vermərəm mən, vermərəm mən.


Əhdə vəfa eyləmişəm,
Daim doğru söyləmişəm,
El – obanın dar günündə
Gülmərəm mən, gülmərəm mən.


Ayrılıqdan yoxdur qorxum,
Dəydi daşa tale oxum,
Əminəm ki, bir başqasın
Sevmərəm mən, sevmərəm mən.



Müəllif: Elmaya Cabbarova

01.03.2024.

www.kafiye.net