Bərabər insanlar

Bütün sözlər eynidir, amma dillər fərqldir,
Bütün səslər eynidir, amma fərqli duyumu var,
Bütün gözlər eynidir, amma fərqli baxışı var.
Bütün əllər eynidir, amma ovuc açan, yumruq yığan təhəri var…
Bütün günlər eynidir, çünki sonda gecələnər,
Bütün yollar eynidir, çünki sonda düyünlənər…
Bütün insanlar bərabərdir, amma kişilər qadınlar kimi deyil,
Bütün insanlar bərabərdir, amma uşaqlar böyüklər kimi deyil,
Bütün insanlar bərabərdir, amma onlar fərqli kitablar yazırlar ,
Bütün insanlar bərabərdir, amma millətlər müxtəlifdir…
O fahişə də, bizdən deyil…
Qurumsaqlar bizə yaddır…
Yaxasından tut çək belə o əclafın, bizdən deyil,
Başına vur qapazını o nimdaşın, girsin yerə boyu, çiyni,
Hüsnü belə bizə uyğun gəlmir hələ…


SARA / 19, 2017
www.kafiye.net