Bir Lop Tüprük

Bir lopa tüprük düşdü üzümə əcaib görünürdü adam. Nəfəsi kəsilirdi. Tövşək yola baxırdı, əlini uzadıb az əvvəl tüpürdüyü tüprüyü silirdi və apardılar, o tərəfə apardılar sənsə görmədin, görməzdən gəldin. Dilim güclə söz tutdu nəyi?

Nəyi olacaq qoçun buynuzlarını, sinə daşını və bir neçə eksponatı. Bu dəfə əlini atıb yaxamdan yapışdı. O muzeyin talanmasında sənin də günahın var. Gözlərim açıldı. A kişi nə deyirsən, nə muzey? Özünü tülkü ölümlüyünə vurma! Nəfəsim kəsilir döllənmə bilmirəm amma nə baş verdiyini də aydınlaşdırmaq mümkünsüz görünür. Səni bağışlamayacam, sözünə əlavə edir. O muzeyin xəbərini sən hazırlamışdın, onda səsin elə gur çıxırdı ki. Məni aradan elə onlar götürdü. Kimlər? Onlar o muzeyin eksponatını İrana daşıyan əbrəhələr. Boynumdan atıram hətta heç xatırlamıram o an söhbət nədən gedir. Yuxudan ayılıram. Xeyli gözümə yuxu getmir.

Adam yenə yuxuma gəlir. Bağışla məni sənə xeyli haqsızlıq etdim. Gülümsəyirəm. Sən qarşıma çıxdın sənə dedim, orda bir sürü adam var onlara deyirəm eşitmir səsimi. Gülüb əlavə edir, qorxurlar ki, onları da mənim dalımca yollayalar. Bu yaxınlarda xeyli xalça yığıb apardılar qədim xalça ona görə də əzab çəkirəm onu da oğurladılar. Bir iki nəfər bilir o hara gedib qalanı bilmir, bilməkdən qoruxur, bacım, səsi mülayimləşdi.

Sən burda mənim qarşıma çıxdın. Qorxmadın sənə tüpürdükdən sonra canını alaram? Azacıq dodağım qaçır yox qorxmadım. Mən hər gecə onlara ərazi bütövlüyü haqqında xəritə izah edirəm. Xalçaları da elə onlar apardığına əminəm. Hə, düz tapdın onlar məs onlar. Bizim içimizdə böyüdürlər. Nənəm onlara çörək daşıyırdı aclıq vaxtı indi yeyib qudurublar. Mən hər gün səni burdan keçəndə görürəm. İndi də çox qəzəbli idim qarşıma sən çıxdın, mən çoxunu görürəm, eşidirəm, onlar məni nə görür, nə eşidir. Əlini uzat mənə qorxma, uzat! Əlimi qoşalaşdırıb uzadıram, beyət edir, səni uzun müddət qoruyacağam. Məni unutma, deyib yox olur… Bir saat gözlərim açılı qalıram huş yenə aparır. Və yenə böyük divar boyda xəritələr və ərazi bütövlüyü izah edirəm…

 

Gülnarə İsrafil.
www.kafiye.net