İcimdə ölənlər (ikinci hissə)

Sabahların açılmasını istəmirdim. Göz yaşı tökmədən yemək yediyim gün olumurdu. Elə vaxt olurdu ki, bacımın divana vurduğu təpiyinə yuxudan oyanırdım. “Allah canını alsın” sənə demirəmmi dur. Sabahın şirin yuxusunda sabahı nifrinlə açmaq necə dəhşətli idi. Evi gecənin birində qondurmuşdular. Yağış yağanda başımıza yağırdı. Qəlbimi qırıb ağladıb qazanda axşama bir pay saxlayırdı. Anlamırdım bu nə deməkdir. İndi də tam anlamış deyiləm. Bapbalaca bir divan açılanda evin ortasını tuturdu. Sabah dili idi, əgər o saat altıda oyanıb yeddidə ayağa qalxmışdısa, sən də onunla bərabər oyanmalıydın həm də yerində qurdalanıb ya da gərnəşib yuxunu dağıda bilməzdin. Deyirdim, bacı, mən yuxumu dağıtmadan necə oyanım axı? Gərək yuxunu dağıdasan əgər oyandınsa, en yerə deyirdi. Kirisalar çıxıb evin ortasında gizlinparc oynayırdılar. Bir gün hövzədə mənə din dərsi verən İranda təhsil almış ədəbinə baş etdiyim Mətənət xanımla tam pilləkənlərin başında qarşılaşdıq. Göz-gözə gəldik, gözünü üzümdən çəkmədi. Gözlərim şişkinləşmişdi. Əlimdən tutub yana çəkdi.” Səni neçənci dəfədir bu görkəmdə görürəm. Nə olub sənə?” Dedim müəllimə mən bacımın evində cəhənnəmi yaşayıram. Əgər dediyiniz o cəhənnəm varsa, bilin ki, ordan gələn mənəm. Dedi, Gülnarə, sən özünə bu qədər zülm etməyə nə haqqın var? Gəl, sənin beş aylıq kira haqqını mən verim. Bir kiraya çıx. Orda bir işə düzəl, dolanışığını normaya sal. Dayan aşağıda bir dükanda satıcı axtarırdılar gəl gedək, getdik. Satıcı almışıq dünən dedilər. Bir- birimizə baxdıq. Göz yaşım qurudu, unutdum çəkdiklərimi həyat eyni yerdən davam edir. Düşünürəm ki, evdən kirayə çıxsam, qonşular deyəcək yəqin bir sevgilisi var, ona görə çıxdı. Düşündüyüm bəsitliyə baxın özüm, özümü məhv etməyə davam edirəm. Bir tərəfdən düşünürəm ki, bacım dərk etmir, savadsızdır. Mən dərk edirəm yalnış edir, nə bilmək olar bəlkə bir gün mənə dəyər verdi. Bəlkə bir gün balalarını menim yanımda qoyub aylarla gəzməyindən qalmadığı günlərinə işıq tutduğumu anladı. O da bir gün görməyib cavan yaşlarında ərini itirib. Xəstədir. Gözümü açandan onu görmüşəm anam bizi onun yanında qoyub atamla gəzib dolaşmağından qalmayıb. İndi də onun mənə ehtiyacı var. O bacımdır. Pis yaxşı evin altında ac, susuz çətinliyi bərabər yaşayırıq. Mən kirayəyə çıxsam o necə gedib xəstəxanada yatacaq, uşaqlara kim baxacaq. O nə qədər pis olsa məni çölə atmaz. Bacı ilə bacı arasında kin küdurət olmaz. Həm, dost var, düşmən var. Kənardan baxıb bizə nə deyər?
Birdən gedərəm, tərtəmiz həyatım korlanar. Başıma bir bəla gələr onda mən nə edərəm? Heç nəyi geri döndərə bilmərəm. Bizim evdə ət bişmir. İldə iki dəfə ət bişiririk. Heç kəs qarnımızı görmür. Uşaqların pulu və özünə ayrılan pensiya və anam gilin kənddən göndərdiyi kartof, ağartı əlimizdən tutur. Ona əlavə pul vermirik. Ət yeməyən də adam ölmür ki? Hövzə dərslərinə gedirəm, iyirmi üç yaşlarım var. Dərslər o qədər ağırdır ki, gecə gündüz yatmadan oxuyuram. Dünya dinləri ilə tanışlıq, Quran, Əhkam, Əqaid, Əxlaq nə bilim bir sürü dərs cədvəli. Səsli oxuyuram. Gecə-gündüz gəzməkdən yemədən, normal yatmadan ildə yetmiş imtahan veririk. Bir ay oxuyur, ikinci ay həm oxuyuruq, həm də bir ay öncəki dərslərin yazılı olaraq imtahanlarına hazırlaşırıq. Toya, nişana, dükkana getməyi unutmuşam. Nənəmin anama verdiyi bir qızılı kəlağayını həyətdəki balaca dükkanı kirayə verib bacım onlar görməsin deyə elə başıma bağlayıb bəzəksiz düzəksiz çıxıram çölə. Kiraçılar da Yardımlıdandır. Bunun bir qardaşı mənə vurulub bunlar ailəlikcə qalırlar. Qardaşı ara- sıra gəlir bunlara qonaq, bu halımla oğlan mənə aşiq olub. Bacım kirayəçisinə məni pisləyir. Bax, eləcənə gedir gəlir, yatır. Yemək bişirmək yox, çay qaynatmaq yox, şirin dili yox, DİN dərsi oxuyur dinə əməl etmir. İbadət biri qapıdan girdiyində onun qabağına çay süzməkdir, yemək bişirməkdir mən bilmirəm bu ərə gedəndə bunun yeməyini kim bişirib, qabını kim yuyacaq? O da mənim üzümə baxıb heç nə demirdi. Arada hörmətsizlik olmasın deyə başını yelləyirdi. Bir gün gəlin özünü saxlaya bilmədi, dedi ki, düzdür biz də analıq yanında zülm çəkmişik qarın doyusu yemək yeməmişik, ancaq, bu necə bacıdır ki, elə hey səni pisləyir. Mən Hafizə də deyirəm ki, o düzgün eləmir. Gənc qızdır, oxuyur, yorulur, lap sənin bacın el qulağına qoyulası deyil sən onun niyə pisliyinə danışırsan ki? Nə bilim…

Beləcə günlərim gedir, hər səhər göz yaşı. O qədər çox şeylər yaşamışam ki, mən onları bir qələmdən anlada bilmirəm. Həyatın enişi yoxuşu doqqazı dolayısı hər yönü var, yığıb bir araya toplaya bilmirəm. Elə vaxt olurdu, o rayona gedirdi. Bir ay gəyəcək. Əvvəllər evdə pul qoyurdu, al bişir. Sonra qızı anasına pıçıldadı, ay mama, biz özümüz alarıq pulu mənə ver. Ürəyimiz istəyəni dükandan alarıq. Beləcə etdi. Ürəkləri istəyəni dükandan alır qardaş bacı yeyir, mən gələndə qazanını yuyuram. Özümü həsr eləmişəm Hövzəyə işləyə bilmirəm. Enerjinin hamısı tükənir. Tükənmək bir yana elə vaxtlar olur ki, dərsdən evə çatanda aclıqdan əlim əsir halım olmur bir şeylər atışdırım. Atam iyirmi manat göndərir, qəpik-quruş yola veirirəm. Nəsə bir şey ürəyim istədiyində alıb yeyə bilmirəm. Evdə isə pul mənim ixtiyarında deyil, yediyim kartofdur. Çox kartof yediyim ay isə bərk xəstələnirəm. Sonra bu yaxınlarda oxudum, kartof qırmızı qanı azaldır. Beləcə gedirəm Hövzəyə orda da qruplaşma yaradıblar. Mənim sakit xarakterimdə asta danışıram dərsi, ümumiyyətlə asta danışıram, tez -tez danışmaq mənə yaddır, biri desə ki, tez ol bitir fikrini, orda dönüb qalıram. Bəlkə bu da bir uşaqlıq travmasıdır onu da dəqiq deyə bilmərəm. Müəllimlər belə qənaətə gəliblər ki, bu dərs oxumur. Orda da bu gün məndə haqq tələb edənlər başıma oyun açır sakitliyimdən susmuşam, cavab verməkdə acizlik çəkirəm. Ağzımı açıram dərs danışmağa tez ol dedikləri zaman gözümü döyürəm. Otur.

Beşinci kursda dilim açıldı. Təsəvvür edin indi siz mən hansı dərəcədə dilsiz olmuşam. Evdə bacıma susuram, hövzədə müəllimlərə. Əxlaq müəssimələrinə. İcazə vermişəm hamı həyatıma soxulub. Kənddə xoşbəxt olduğum, danışıb -güldüyüm qədər nə inki danışıb gülürəm, danışmağı bacım mənə yadırğadıb. Televizora baxmağa vaxtım olmur olanda da uşaqlar qoymur baxım. Dərs oxuyuram yalvarıram uşaqlara azca səsini aşağı edin nə olar sabah imtahana hazırlaşıram, bacım deyir ə yuxarı edin səsini əcəb edirsiniz bura sizin öz evinizdir, ürəyiniz istədiyini edə bilərsiniz. Ürəyi soyumur pultu götürüb səsini yüzə qaldırır. Beləcə əsəb-stress içimi yeyir gücüm göz yaşlarıma çatır, ağlayıram sonra götürüb altmışa endirir. Beləcə -beləcə hər gün ölürəm. Evdə qonaq gəlir onun yanında çəkilib bir küncdə otururam, danışmıram ağzımı açanda sözümü qonağın yanında kəsib min cür söz xeyir. Zülmün həddi yoxdur. Mənim ən gözəl yaşlarımdır iyirmi iki, iyirmi üç yaş. Onun dərdindən ağzımı aça bilmirəm, qonaq gedir, sonra mən başlayıram ki, axı niyə belə rəftar edirsən mənimlə, deyir səni görmürmü o qonaq sən nə danışırsan, nə deyirsən. Səsimi də içimə gömdü bacım.Hərdən evə gələn qonaqlar elə bilirdilər danışa bilmirəm. Ümumiyyətlə danışıq qabiliyyətim yoxdur… Evə konfet, ya da meyvə alınanda mən onun qabığına tamaşa edirdim. Bizim insanlarımızın beyni inkişaf etməyib, həmən yaşantıların altında bir pislik eybəcərlik arayırlar, ən çətin günlərində səni sənin öz dərdinə qurban verirlər. Yoxsa hamı danışar, hamı yaşantılarını yazıb içini boşaldar. Mənim bir rəfiqəm vardı, indi mən onu hər şeyə rəğmən içimdə dəfn elədim. O bunları bildiyinə görə hicabı açanda ilk ürəyimdən nişan alan o oldu…

On beş il əvvəl anamın verdiyi döşəkdən divana iki döşək hazırlamışdı, bir gün o döşəyi altımdan götürdüyü gün mən yerlərlə bir olmuşdum. Taxtadan hazırlanmış taxtda sabaha qədər həm cismən, həm də ruhən dondum. Min illər boyu donumu yer kürəsində bir günəşin əridəcək gücü yoxdur.



Gülnarə İsrafil.
www.kafiye.net