Qızım Olsa



Gərək başından ora gedərdik, çox da uzaq deyil, bu küçənin o biri üzü.
O qız uşağına bax çox şirindir.
Hə, qız uşaqları şirin olur.
Qızım olsa, adını İlayda qoyacam.
İlayda?
Olar Allahın izni ilə.
Bu olmayacaq.
Elə demə! Mənası? Cənnətə girən çiçək.
Keşkə bu qədər icməsən. İçmə deyəcəm amma ölümlə həyatın arasında bir yol gedirəm…

Saçları bəmbəyaz traş olmuş bir kişi əlini dizinə qoyub öz halında oturmuşdu. Tam önünə dikilib anidən sual etdi, əmi, bir kişi başqasının pəncərəsində çiçək açmış dibçəkdən çiçək oğurlayıb bunu yanındakı bir qadına verərsə, nə üçün edər bunu?
Yaşlı başlı adam düşünmədən sualı cavabladı.
O qadını sevdiyindən bunu eder dedi və dediyininin qarşılığını istəyirmiş kimi siqarin varmı soruşdu. Dibçəkdən bir əmənkömənc çiçəyi çoban yastığı və Qızıl güllərin sırasına girdi.

Gözlərimdə nə görürsən?
Qütb ulduzu.

Bax, gəl sənə qütb ulduzunu göstərim, bir iki, üç sıranı pozma.. dörd, beş, altı, arada olan məsafəyə bax!
Hə, biri xeyli aralıdır, o, yeddinci qütb ulduzudur. Sənin gözlərin tam da o doğanı göstərir.
Otların ətrini görürsənmi?
Hə, bu hansı otdur?
Sünbül.
Yarım saat sonra o gözlərə çiçəklərin rəngi çökmüşdü, qızıl güllərin.
İndi nə görürsən?
Qanlı ay.
Yox, o gözlərə əllərimə oğurlayıb, bir- bir topladığın çiçəklərin rəngi çöküb..
Gecənin rənginin itməsini istəmirəm, icazə ver uzun illər danışmadığım ailəmlə vəda edim.
Sonra?
Sonra da,… Allahın vədəsini gözləyəcəm.

Çiçəkləri suya qoyum soluqmasın, kökündən qopan çiçəklərə üzülürəm…



Gülnarə İsrafil.
www.kafiye.net