Vətən dərdim, əsirlikdədir oğulların!

Mİllixəbər.az-ın 20 yanvar facisi ilə bağlı elan etdiyi vətənpərvərlik aylığı çərçivəsində əməkdaşımız Nicat Ülfətoğlunun gənc vətənpərvər yazar Gülnarə İsrafilqızı ilə görüşüb. Həmin görüşü əks etdirən vətənpərvərlik ruhlu yazını sizlərə təqdim edirik.

 
Gülnarə xanım  hansı mövzularda yazılar daha çox yazırısın?
Əsasən sevgi mövzusunda və   cəmiyyətdə olan haqsızlıqlara qarşı öz fikirlərimi yazıram. Hətta bəzən başqasının yaşadığı hissləri oxuculara çatırıram. Amma mənim yazılarımın əsas mövzusunu, vətənpərvəlik mövzusunu təskil edir. Gəlin belə deyək: nə üçün torpaqı, havası, suyu gözəl doğma torpaqlarımızdan ayrı düşməliyik? nəyə görə biz Ağdamsız, Şuşasız, Laçınsız yaşamalıyıq. Mən istəmirəm Urmia kimi, Təbiriz kimi, Dərbənd kimi, İrəvan, Göyçə mahalı kimi Qarabağımızı da itirək. O torpaqlar bizim bir parçamızdır… elə bilirəm parçalarımı itirmişəm.


26 -sı fevral Xocalı hadisələrinin də anım günləri yaxınlaşır. 20- yanvar hadisəsi hələ də mənim bu günkü gün kimi yadımdadır. O vaxtı Televizya qülləsini əhalinin məlumatı olmasın deyə partlatmışdılar. Gecə törədilən cinayətlərdən qətlə yetrilən vətəndaşlarımızdan, məkirli siyasətdən xəbərsiz idik.Həmin günün səhəri 20 yanvar günü, biz bütün məlumatları yalınız, ŞUSA televiziyası vasitəsi ilə aldıq. Bu faciələr unudulmamalıdır. Biz bu faciələri unutsaq, növbəti faciələrə də hazır olmalıyıq! Bundan sonra imkan verməməliyik ki, bir kimsə bizim ana torpaqlarımıza göz diksin. Hal-hazırkı vəziyyətdə Azərbaycan gənclərinin üzərinə böyük vəzifələr düşür. Biz bir gənc olaraq bu planların qarşısını almalıyıq. Vətənimizi qorumalıyıq. Ərazi bütövlüyünün bərpası üçün can qoymalıyıq…Bu məsələ bir mənalı olaraq bu torpaqda yaşayan hər kəsə aiddir.
26 Fevral Xocalı faciəsi insanliğin öldüyü gündür. Qan yaddaşımızda xüsusi yer tutan bir faciədir ki, bəşər tarixində bu tipli faciə,iki dəfə qeydə alınıb.Birincisi Kərbəla hadisəsidir ki,orda da insan başı kəsilib, nizələrə taxılıb. İkinci isə Xocalıda da baş verib.Burda isə ona bənzər, lakin daha ağır şəkildə başlar kəsilib körpünün altına atılıb. Fərq burasındadır ki, İmam və onun 72 səhabələrinin başı kəsildikdən sonra nizələrə taxılıb, şəhər-bəşəhər gəzdirilsə də, cəsədlər zorakılığa məruz qalayıb. Xocalıda isə cəsədlər dəhşətli dərəcədə müxtəlif tipli dilin xəcalət çəkdiyi başların aşağı əyiləcəyi zorakılığa məruz qalıb. Ən dəhşətlisi isə əsirlikdə olan ana bacılarımız hələ də bic doğuzdurulur…Bu nə tarixə, nədə insan təfəkkürünə sığan bir əməldir. Bir məsələ də məni çox düşündürür. Dilqəm Əhmədov, Şahbaz Quluyev öz vətəninə ana vətəninə getdiyinə görəmi həbs edilib, bu nə deməkdir?Dilqəmə ömürlük cəza, Şahbaza iyirmi iki il, nə üçün iyirmi iki il? Bu Azərbaycan üçün bir mesaj deyil? Azərbacan xalqı nə düşünür bu barədə? Bu suallar niyə cavabsız qalmalıdır axı…Onların əsirlikdə qalması cəza kəsilməsi iyirmi yanvar, Xocalı faciəsi deyilmi…Yaxşı olar ki bu barədə ciddi qərarlar verilərək, dünya insan haqları məhkəməsinə müraciət edilsin.
Faciədən sonra tarixin qanlı yaddaşını öz canı bahasına tarixin səhifəsinə yazan Çingiz Mustafayevə və onunla birgə çalışan adlarını bilmədiyimiz jurnalist heyyətinə Allahdan rəhmət diləyirəm. Həmin kadırların sayəsində xalqımız həqiqətlərdən xəbərdar oldu. İndi də bu cür şərəfli oğullar lazımdır ki, həm informasiyanı dünyaya çatdısın, həm də, Çingiz Mustafayev kimi adlarını bilmədiyimiz qeyrətli oğulların yolunu gedərək, canlarını vətən uğrunda qoymağa hazır olsunlar. Əsirlərin azadlığı üçün səy göstərsinlər…Nə üçün biz haqlı ola-ola dünya ölkələri, aparıcı təşkilat və qurumlar bu faciələri tanımamalıdırlar?! Azərbaycan vətəndaşları 20 yanvar şəhidlərini ziyarətə gedəndə canlı şəhidlər haqqında görəsən nə düşünürlər? çox maraqlıdır.
Bunu hər kəs bilsin! Qarabağ Azərbaycanın ürəyidir. Hər yerdə deyirəm, indi də təkrar edirəm.Qarabağ yoxdursa demək ki, Azərbaycan da yoxdur. Kim necə yaşayır bilmirəm.Mənimsə ürəyim Qarabağsız, Urmiyasız, Təbrizsiz, Göyçəsiz, Borçalısız, İrəvansız döyünmür…Özümü əsirlikdə, ruhumu isə işğal altında əzilib taptalanmış hesab edirəm.Həqiqətən də İgid adına layiq olacaq Azərbaycan vətəndaşları varsa, hələ də ürəyi göynərtidən xilas olmayan kəslər qalıbsa…canlı şəhidlərimizi unutmamağa çaığırıram…


Vətən dərdim!

Qalxın daha,
igidlərim, ərənlərim,
Alın haqqın,
öz yurdunda ölənlərin.
Vətən dərdim!
Dərdim dərin
Işgəncədə
əsirlərim,
Soy kökümün
məzarını dağıtdılar.
Korpələri yandıraraq,
insanlığı alçaltdılar.
Vətən dərdim!
Kəlbəcərim,
Xocalıda qocaların,
Cavanların, uşaqların,
qanlarını axıtdılar.
Selə döndü…..
Evlər yanıb,
külə döndü.
Vətən dərdim!
Şuşa, Laçın,
Xan kəndi,
saysız şəhid verdi.
Vətən dərdim!
Əsgəranım, Zəngilanım
Ağdamım,Qubadlım,
Xocavəndim,Fizulim,
Dərbəndim
Göyçəm, İravanım,
Zəngəzurum,
Təbrizim,
Urmiyam,
Yoxsa bunları,
Unutmalıyam?
Qalxın daha,
Igidlərim, ərənlərim!
Alın haqqın,
öz yurdunda ölənlərin.

Gülnarə İsrafilqızı
www.kafiye.net