İçimdə ölənlər..

Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi isə ürəyim doludur, mütləq bir vulkan püskürməsi baş verib bir yerləri dağıtmaq gücünə çevrilib. Mən həyatla hər yerdə mücadilə edərək dirilik qazanıram. İkimin on beşinci ildə qan dövranı tərsinə işləyəndə həyatla ölüm arasında bir pəncərə vardı. Ordan ömrümə azca işıq düşürdü. Gözlərim telefonda qalmışdı. Elə bilirdim ki, dostlarım bir- bir zəng edəcək, niyə yoxsan, niyə görünmürsən, sənsiz çox darıxmışam deyəcəklər. Sol əlimin gücü getdikcə azalır, ayağım yerə çatmırdı. Bir həftə boyu proses davam edirdi. Hələ tam tutulmamışdı ayağa durub, Sumqayıta həkimə getdim. O da bir iki tablet yazdı, getdikcə quruyuram, zəng etdim, həkim dedi ki, məni saat səkkiz radələrində zəng vurmağınla narahat etmisən. Sabah saat ikidə qəbuluma düş. Dedim doktor, mən yeriyə bilmirəm, qayıtdı ki, yeriyə bilmirsən mən neyləyim yerimə öl! Eşitdim qonşunun bir yaxşı həkimi var. Onun yanına getdim güclə ayağım yerə çatır. O da bir torba dərman yazdı, gəldim evə. İstəyirəm dərmanların hamısını birdən yeyim, bədənimdə dərmana aclıq hiss edirəm. Bu arada Akəm Xaqan zəng vurdu, necəsən, dedim qurumuşam. Güldü, dedi zarafat edirsən, belə şeylə zarafat olmaz. Dedim ciddiyəm. Dayan bir dostum var Yavər, onunla danışım, sənə dönəcəm, sağollaşdı. İki gün sonra zəng edib dostu ilə gələcəyini bildirdi. Gəlin dedim. Durdum güzgünün qarşısına keçəndə özümü tanımadım, rəngim saralmış gözüm çuxurlanmışdı. Bacım rayonda idi, iki bacılarım, biri Odessada olan, biri kənddə qoşulub gəliblər bura. Heç biri mənim ağrıdığıma inanmır.Hətta doktor gəlib Akəm Xaqanın dostu, mən qalmışam bir tərəfə sıraya düzülüb təzyiqlərini ölçdürürlər. Ona görə analarımızın misalları mənə doğmadır ” Bu canın o candan xəbəri yoxdur”. Yadlar mənə bacı, qardaşlıq edir. Bir parça canımla əlləri uyuşanda xəmir qatmağa qoymayıb verməşil biləklərimlə iki yekə vanna xəmirini qatdığım anam yoxdur yanımda. Bir fincan çay qaynadıb qabağıma qoyan kimsə yoxdur. Halbu ki, mən o bacının körpələrinə həyan olub böyütmüşəm. Hansı dostlarım zəng edib, yanımda olubsa, hamısını incə- incə xatırlayıram. İki üç dostum qardaşım yanıma gəldi. İki dəfə gördüyüm Elnur qardaşlıq etdi, yoldaşı gəlinlik. Gülnarə Sadiq sistem köçürdü. Günayla Oğuz Alp gəldi.

Dörd aydır yatıram, anam daşa dönüb. Arada zəng eləyir nağeyresin. Yaxşıyam deyirəm. Acından mədəm ağrıyanda durub nəsə tapsam yeyib yenidən yatıram. Həkim maz yazıb ki, bunu quruyan hissələrinə sürt. Əlim çatmır, Elnurun yoldaşı məni ayaqdan başa masaj edir, saatla iynəmi vurur. Yeməyi az qalır ağzıma yedizdirsin. Bir həftədir əsəb keçirmirəm ayağım yerə çatır. Evdə ömrümü həsr edib böyütdüyüm uşaq əsəb verir. Bacım deyir bunda nə var ki, özünü tülkü ölümlüyünə vurub. Sözün bitdiyi, boğazın kilidləndiyi nöqtə. Yavər doktor masaja yazıb, Bahar xanım məni masaj edir, toka verir, naftalan yağı ilə tərlədir qıp-qırmızı oluram bədən özünə gələnə qədər iki saat keçir. Bacıma özümü topladım dedim ki, oğlunun dostuna desin, gedəndə özüm gedəcəm gələndə məni götürsün. Mənə bağırdı çağırdı sən özünü şikəst edəcəksən, qışda masaj olmaz, peşiman oldum dediyimə suçlu adamlar kimi başımı aşağı dikdim. Özüm gedirəm gəlirəm, doktordan xahiş elədim ki, masajdan sonra siz işdən çıxına qədər oturum gözləyim. O da sağ olsun etiraz etmədi. Masaj bitir bədən tam özünə gələndə Bahar xanımla bərabər çıxıram, çay da süzür. Bir gün evdən yenicə ayrılmışdım. Gördüm başımın ön tərəfinə şiddətli ağrılar dolub. Əlimi alnıma apardım, bir onu gördüm yerdəyəm. Qara şəhər yenicə sökülürdü. Yanımda bir kamaz saxladı şofer düşənə qədər ayağa qalxdım noldu soruşdu, birdən başıma ağrı doldu dedim, yaxşıyam gedə bilərsiniz sürüb getdi.

Ölümlə həyat arasında mucadiləyə davam edirəm. Doktorun yazdığı trape yaxşı təsir bağışlayıb, yeriyirəm. Hə, onu mütləq yazmalıyam Bərdədəki Elşən qardaşım zəng elədi, dedim qardaş ölürəm, ağladı. Dedi bacı, otur gəl, sənə özüm qulluq edəcəm, hələ qardaşın ölməyib sağdır. Dedim qardaş yeriyə bilmirəm. Bu da mənim qazandığım qardaşım idi. Onun cavan gedişi məni bu gün də sarsıdıb. Qardaş itkisinin ağırlığı məni büküb. Anamın oğlanlarından biri ölsə, elə bilərəm damdan kərpic düşüb bu qədər fərqli. Hə, mən özümü yeddi həkimə daşıdım, ancaq həyata qayıdacağıma söz verdim. Necə edim, Günəş işığından məhrum olmayım? Güzgünün önünə keçib, hər gün özümə söz verirəm ki, imkan vermə səni kimsə incitsin. Nə doğma, nə yad. Sən hər şeyə qadirsən. Sən bu günləri geridə qoyacaqsan. Özümü ayağa qaldırdım ondan sora da, ağrılar yaşadım. Yazmaqla bitməz. İndi iki balaca qızcığazın şəklini birləşdirib paylaşır hamı mən paylaşmıram. Mənim içimdəki o qızcığazları çoxdan öldürüblər içimdə. Bir iki qatili yoxdur…

Mən, bu qızcığaza yeni həyat vermişəm, hər kəsdən uzaq. Doğmalarımdan və yaddlarımdan uzaq, mənə dəyərli adını çəkmədiyim dostlarımı da, ömrümə yazmışam… Yeni ömrümə. Yenidən xilas etdiyim ömrümə.

Ölüm hökmü bərpa olunsun deyənlər, onusuz da hamı öldürür….

Gülnarə İsrafil.
www.kafiye.net