Gəlin köçür daş gecəm

Bəzən gecə qaranlığına bürünür istəklərim,
Bəzən Günəş doğur ürəyimdə çıraq-çıraq.
Bəzən məni göy üzündə gəlin edir,
Bəzən isə məhv eləyir göydən yerə çırpılaraq.
Bu istəkdən ömür yoğrulur, gecə doğrulur.
Axmır, sızmır, damarım.
Üç nöqtə…


Bir ağacın budağından hərdən heç olmasa bülbül səkir-
bəy quş ötür, bilirsən ki, budaq var; canıma qarışqa dolur, sivri- sivri otaqlar.
Bir pəncərə nəfəs yox, bir boşluqda tutalğac,
Ocaqdakı qazan boş, kif atıb sandıqdaca, nənəmin cehiz tikdiyi rəngli, güllü tutağac.
Ömür yaşadıq.
Yaşlandıq.
Biri ölmüş dedi bax, rəngi yaşıl ömrümə.
Nə desələr yaraşır, ya sarmaşır önümə.

Gəlin köçür daş gecəm…


Gülnare İsrafil
www.kafiye.net