Kategoriler

Arşivler

Fəridə Köçərli İbrahimova Kategoriler

Tarih 20 Tem 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Qərənfillər solmayacaq

Allah şəhidlərimizə rəhmət eləsin! Ordumuzun köməyi olsun! Qərənfillər solmayacaq Ox yayından çıxıb, qardaş,Dözüm bəsdir, səbir bəsdir.Qarabagçün olsun savaş,Düşmənlərin dizin əsdir… Otuz ildir gözlədikcə ,Biz düşmənə şirə verdik,Əyriləri düzlədikcə,Düzləri də, şərə verdik… Təsəllimiz olmayacaq…Qan axmasa qələbəylə…Qərənfillər solmayacaq,Bütöv torpaq tələbiylə. Fəridə Köçərli İbrahimova14.iyul.2020.www.kafiye.net

Tarih 20 Tem 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Cihad et

Cihad et Hələ uşaq idim, itən atımız,Sanki evimizə bir yas salmışdı.Yurdunda hörmətli olan atamız,Hamıdan küskün tək yalqız qalmışdı. -Qada-balan olsun, üzülmə, oglum,Bilsək də kişinin ad-sanıdır at,Nənəmin sözünə atam çox yorgun:-Ondansa de, mənə, kişiliyi at. “Tapmasam, boş qalsın papax”mərciylə,Aylarla aradı, ogrunu tapdı.Bir at əvəzinə on at xərciylə,Papagın düz qoyub töhməti atdı. Susduq otuz ili, dözdük sərasər,Papaq […]

Tarih 13 Tem 2020 Kategori: Fəridə Köçərli İbrahimova

O gecə

O gecə Ay da bədirlənib, işıq saçırdı,Səhərin gəlişin duymadı gecə.Mürgüsüz gözünü zorla açırdı…Qısqandı, vaxtını qıymadı gecə,Səhərin gəlişin duymadı gecə. Ulduzlar həyandı zülmət otaga,Saça sıgal çəkir, yer yox daraga.Bu gecə heç nəyə yoxdu qadaga…Özü də məst olub, doymadı gecə,Səhərin gəlişin duymadı gecə. Ulduzlar dagıldı, gecə tək qaldı,Vüsaldan elə bil səssiz kam aldı…Ay da öz eşqiylə xayala […]

Tarih 7 Tem 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Dərd yükü

Dərd yükü Dünyaya gəlməmiş bir qəm mələyi,Anamın bətnində dərdlə yüklədi.Qınadım, qınama dedi, Fələyi.Səbr et, deyərək, tez bələklədi… Söz dedim sözlərdən heç seçilmədi,Layiqli ölçüylə düz biçilmədi,Şərbətim zəhər tək çox içilmədi,Müntəzər ürəyim, əmri bəklədi… Bəxtimsə əzəldən oldugu kimi,Açılmamış qönçə soldugu kimi…Təkcə ilk məhəbbət qalldıgı kimi,Yaşatdı,yıxmadı, məni dikəltdi. Fəridə nə vaxtsa ürəkdən gülüb,Lalə tək yarasın naxışı bilib…Həsrəti gecələr […]

Tarih 3 Tem 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Baga yarpagı ya quzu qulaq

Baga yarpagı ya quzu qulaq Özün də bilirsən, heç də fərq etməz,Sənə baga yarpaq, ya quzuqulaq…Nə fərqi, bülbüllər ötər, ya ötməz…Bagçada qızılgül , ya bitsə alaq,Sənə baga yarpaq ya quzuqulaq… Qeyrəti, isməti gözəl olsa da,Çoxundan seçilən özəl olsa da,Həyatda son sevgin, əzəl olsa da,Fərq qoymursan qarpız,ya da balqabaq.Sənə baga yarpaq,ya quzuqulaq… Həyatı beş günlük bildin […]

Tarih 29 Haz 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Qopardın getdin

Qopardın getdin Onsuzda inamım lap üzülmüşdü,Olan–qalanımı qopardın getdin.Şübhə, tərəddüdlər məni üzmüşdü,Öyünə bilərsən, ,,otardın” getdin.Olan–qalanımı qopardın, getdin. Yalanı toplayıb böyük dag etdin,Adımı hər dəfə ora tag etdin,Göyərən arzumu xəzan bag etdin,Ruhunu ruhuma qatardın, getdin,Olan–qalanımı qopardın, getdin. Ürəyi təmizin diləyi təmiz,Qəlbin təmizdirsə, gözəldir bəniz.Zərrə xəyanəti yuyammaz dəniz…Bütün sevincimi apardın, getdin.Olan–qalanımı qopardın, getdin. Fəridə uysa da and–amanına,Heç vaxt […]

Tarih 25 Haz 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Yenə qonagım o…

25 iyul…Anamın dünyasın dəyişən gün… Ölümündən bir ay əvvəl bizə qonaq gəlmişdi…Narahatıydı… Yeddi il əvvəl elədiyi vəsiyyətinə əməl edə bilmədim; nə atamın məzarına qovuşdura, nə də bircə ovuc torpaq məzarına səpə bilmədim.Yeni şeir yazmadım,nə yazım?!Yazım əli-qolu baglı gəzirik hələ də, üstəlik Qarabaga olan ümid də yox oldu… Yenə qonagım o… Yatagın evindən qəbirə köçmüşİzlərin silinib, […]

Tarih 24 Haz 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Axı həqiqətlər yalansız olur…

Axı həqiqətlər yalansız olur… Dünyanın malından doymayan insan,Allah dərgahında gumansız olur.Güvən axirətə,haqq dünyasına,Axı həqiqətlər yalansız olur. Bər- bəzək xoşlamır hüsnü gözəlin,Halallıq elçisi olub , göz əlin.Sonun gözəl olsun,keçdi əzəlinÜrəkdə gözəllik limansız olur. Vətənim yarımçıq,hamıya bəlli,İgidlər yetişir , xalqa təsəlli.Yapışma kürsüdən,qoca,beş əlli!Xalqın intiqamı amansız olur. Könül ,nə danışır,nə də dinirsən,Haqsızlıq görəndə daim sinirsən.Fəridə , sən özün […]

Tarih 19 Haz 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Yarım qat adam

Yarım qat adam Yalınqatlıq uşaqlıqdan,Eşitdiyim çox yaxın söz.Sırqa kimi qulagımdan,Asılan söz, taxılan söz. –Qızım, qalın paltar geyin,Soyuq iliyə işliyir.Yaman yalın qatdır əynin,Şaxta dişin itiləyir. Böyüdükcə o zöz mənəYol göstərib böyütsə də,Çəkəcəkmiş dag sinəmə,Keçmişimə öyütsə də*. …paltarım bol, yerim isti…Bir sevinc yox,ona qatam.İçim yanır çıxmır tüstü,Çün yalınam, yalın qatam. Yarımçıqdır belə qismət!Yalın qatdır vətənsizlik!Xəcalətdir, həm də […]

Tarih 19 Haz 2020 Kategori: Fəridə Köçərli İbrahimova

LAÇIN YOLLARINA

LAÇIN YOLLARINA Yenə də ürəyim yaman dolubdurBölüşə bilmirəm səninlə, yollar.Səbrim tükənibdir, dözüm yorubdurQolları LAÇINa baglanan yollar!Geniş, açıq qolun boşa çıxıbdırO rahat yolların daşa çıxıbdır.Gələn qonaqların yoxa çıxıbdırGedənə-gələnə, həsrətli yollar!Demə, sözümüzə dönük çıxmışıq,Bilmə ki, biz səni atıb, qaçmışıqBir Allaha, bir də sənə qalmlşıqYorulma! gözlə sən, bizi a yollar.Bilirsən sevirəm səni əzəldənHəsrəti vüsala çevirən, yollar.Səbr et, əlini […]