25 iyul…Anamın dünyasın dəyişən gün… Ölümündən bir ay əvvəl bizə qonaq gəlmişdi…Narahatıydı… Yeddi il əvvəl elədiyi vəsiyyətinə əməl edə bilmədim; nə atamın məzarına qovuşdura, nə də bircə ovuc torpaq məzarına səpə bilmədim.Yeni şeir yazmadım,nə yazım?!
Yazım əli-qolu baglı gəzirik hələ də, üstəlik Qarabaga olan ümid də yox oldu…

Yenə qonagım o…


Yatagın evindən qəbirə köçmüş
İzlərin silinib, çıragın sönmüş,
Sözlərin hikmətli məsələ dönmüş.
Nurani çöhrəndən mən heç doymadım
Yenə qonagım ol, gəl qurban olum.

Uşaq tək kövrəlib,dolurdun hərdən
Gizlin aglayırdın,nədənsə məndən,
Guya ki, razıydın öz taleyindən.
Qıyma bulud kimi boşalım, dolum
Yenə qonagım ol, gəl qurban olum.

Yurd-yuva həsrəti dara çəkirdi
Nisgilli illəri əkib-biçirdi
,,Dörd oglum Laçına qurban”-deyirdi.
Sənə qurban olsun mənim öz oglum
Yenə qonagım ol, gəl qurban olum.

Elində olsan da xanım bir ana
Burda çoxu güldü ,,qaçqın”adına.
Üzün qoyulsaydı,öz torpagına,
Bəlkə toxtayardı yaralı ruhum
Fəridəyə səs ver, qəmi unudum
Gedək qonagım ol, dur qurban olum.


Fəridə Köçərli İbrahimova
25 iyun.
www.kafiye.net