O gecə

Ay da bədirlənib, işıq saçırdı,
Səhərin gəlişin duymadı gecə.
Mürgüsüz gözünü zorla açırdı…
Qısqandı, vaxtını qıymadı gecə,
Səhərin gəlişin duymadı gecə.

Ulduzlar həyandı zülmət otaga,
Saça sıgal çəkir, yer yox daraga.
Bu gecə heç nəyə yoxdu qadaga…
Özü də məst olub, doymadı gecə,
Səhərin gəlişin duymadı gecə.

Ulduzlar dagıldı, gecə tək qaldı,
Vüsaldan elə bil səssiz kam aldı…
Ay da öz eşqiylə xayala daldı.
Günəş yatagında uymadı gecə,
Səhərin gəlişin duymadı gecə.

Gecə öz sinəsin gündüzə süpər
Etsə də kama yox, həsrətə yetər.
Üzün görməsə də yolunda bitər…
Yalançı sevdaya uymadı gecə,
Səhərin gəlişin duymadı gecə.



Fəridə Köçərli
11.07.2020.
www.kafiye.net