LAÇIN YOLLARINA

Yenə də ürəyim yaman dolubdur
Bölüşə bilmirəm səninlə, yollar.
Səbrim tükənibdir, dözüm yorubdur
Qolları LAÇINa baglanan yollar!


Geniş, açıq qolun boşa çıxıbdır
O rahat yolların daşa çıxıbdır.
Gələn qonaqların yoxa çıxıbdır
Gedənə-gələnə, həsrətli yollar!


Demə, sözümüzə dönük çıxmışıq,
Bilmə ki, biz səni atıb, qaçmışıq
Bir Allaha, bir də sənə qalmlşıq
Yorulma! gözlə sən, bizi a yollar.


Bilirsən sevirəm səni əzəldən
Həsrəti vüsala çevirən, yollar.
Səbr et, əlini üzmə ellərdən,
Bir gün yenə keçər səndən, a yollar!



Fəridə Köçərli İbrahimova
www.kafiye.net