Yarım qat adam

Yalınqatlıq uşaqlıqdan,
Eşitdiyim çox yaxın söz.
Sırqa kimi qulagımdan,
Asılan söz, taxılan söz
.

Qızım, qalın paltar geyin,
Soyuq iliyə işliyir.
Yaman yalın qatdır əynin,
Şaxta dişin itiləyir.

Böyüdükcə o zöz mənə
Yol göstərib böyütsə də,
Çəkəcəkmiş dag sinəmə,
Keçmişimə öyütsə də*.

…paltarım bol, yerim isti…
Bir sevinc yox,ona qatam.
İçim yanır çıxmır tüstü,
Çün yalınam, yalın qatam.

Yarımçıqdır belə qismət!
Yalın qatdır vətənsizlik!
Xəcalətdir, həm də töhmət!
Ruha çatdır vətənsizlik!

Yarım qatam,qatım Vətən,
SADINLAR kənd,kəsəyimdir.
ŞEŞƏ bilaq dərdə yetən,
Zəbzəm sulu sənəyimdir.

*öyüt-nəsihət.


Fəridə Köçərli İbrahimova
10.06.20.
www.kafiye.net