Baga yarpagı ya quzu qulaq

Özün də bilirsən, heç də fərq etməz,
Sənə baga yarpaq, ya quzuqulaq…
Nə fərqi, bülbüllər ötər, ya ötməz…
Bagçada qızılgül , ya bitsə alaq,
Sənə baga yarpaq ya quzuqulaq…

Qeyrəti, isməti gözəl olsa da,
Çoxundan seçilən özəl olsa da,
Həyatda son sevgin, əzəl olsa da,
Fərq qoymursan qarpız,ya da balqabaq.
Sənə baga yarpaq,ya quzuqulaq…

Həyatı beş günlük bildin əzəldən?
Araqdan zövq aldın, yoxsa gözəldən?
Onunçün dostları verdin tez əldən.
Seçlm Tərlan quşu, yoxsa Yapalaq?
Sənə baga yarpaq ya quzu qulaq…

Fəridə, cavanlıq getdi tez əldən,
Könlüm vurgunuydu şerın əzəldən,
Dostlarım, bezmişəm daha qəzəldən,
Özgə ayagıyla tapdanır torpaq,
Sənə baga yarpaq, ya quzuqulaq..
.



Fəridə Köçərli İbrahimova
30.06.2020.

www.kafiye.net