Allah şəhidlərimizə rəhmət eləsin! Ordumuzun köməyi olsun!


Qərənfillər solmayacaq



Ox yayından çıxıb, qardaş,
Dözüm bəsdir, səbir bəsdir.
Qarabagçün olsun savaş,
Düşmənlərin dizin əsdir…

Otuz ildir gözlədikcə ,
Biz düşmənə şirə verdik,
Əyriləri düzlədikcə,
Düzləri də, şərə verdik…

Təsəllimiz olmayacaq…
Qan axmasa qələbəylə…
Qərənfillər solmayacaq,
Bütöv torpaq tələbiylə.


Fəridə Köçərli İbrahimova
14.iyul.2020.
www.kafiye.net