Axı həqiqətlər yalansız olur…

Dünyanın malından doymayan insan,
Allah dərgahında gumansız olur.
Güvən axirətə,haqq dünyasına,
Axı həqiqətlər yalansız olur.

Bər- bəzək xoşlamır hüsnü gözəlin,
Halallıq elçisi olub , göz əlin.
Sonun gözəl olsun,keçdi əzəlin
Ürəkdə gözəllik limansız olur.

Vətənim yarımçıq,hamıya bəlli,
İgidlər yetişir , xalqa təsəlli.
Yapışma kürsüdən,qoca,beş əlli!
Xalqın intiqamı amansız olur.

Könül ,nə danışır,nə də dinirsən,
Haqsızlıq görəndə daim sinirsən.
Fəridə , sən özün yaxşı bilirsən,
Vətənə kəc baxan imansız olur.



Fəridə Köçərli İbrahimova
www.kafiye.net