Dərd yükü

Dünyaya gəlməmiş bir qəm mələyi,
Anamın bətnində dərdlə yüklədi.
Qınadım, qınama dedi, Fələyi.
Səbr et, deyərək, tez bələklədi..
.

Söz dedim sözlərdən heç seçilmədi,
Layiqli ölçüylə düz biçilmədi,
Şərbətim zəhər tək çox içilmədi,
Müntəzər ürəyim, əmri bəklədi…

Bəxtimsə əzəldən oldugu kimi,
Açılmamış qönçə soldugu kimi…
Təkcə ilk məhəbbət qalldıgı kimi,
Yaşatdı,yıxmadı, məni dikəltdi.

Fəridə nə vaxtsa ürəkdən gülüb,
Lalə tək yarasın naxışı bilib…
Həsrəti gecələr yuxuyla bölüb,
Gündüz, dərd yüküylə yenə təklədi.



Fəridə Köçərli.
05.07.2020.
www.kafiye.net