Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 26 Ara 2019 Kategori: Təvəkkül Goruslu

KÖHNELENİB

KÖHNƏLİB Yenə gəlir, kandardadı təzə il,Hamı deyək, dünyamıza xoş gəlib!Ha söyləyək, ” ömrümüzü bəzə il “,Mənim ilim daha qardaş, köhnəlib! Şəkk etmirəm gələn ilə, təzədir,Yaradanı belə bölüb, təzədir,Gələn illər köhnə ömrüm gözədir,Mənim ilim daha qardaş, köhnəlib! Sökülübdü daha ipi, ilməsi,Quramadır “yeni ” sözü, kəlməsi,Nə dəyişər təzə ilin gəlməsi,Mənim ilim daha qardaş, köhnəlib! Köhnə illər apardılar […]

Tarih 10 Ara 2019 Kategori: Təvəkkül Goruslu

DÜNYANIN

DÜNYANIN Məni tanıyan yox, məni görən yox, Adamı deyiləm mən bu dünyanın. Nə bir qadağa yox, nə bir törən yox, Nəyinə əyiləm mən bu dünyanın! Çoxları dünyanın tazısı olub, Bəzilər seçilib qazısı olub, Tanrıdan arzumdu, yazısı olub, Alnına döyüləm mən bu dünyanın! Olmasın bir kimsə qohumsuz, yadsız, Keçməsin həyatı vüsalsız, dadsız, Təvəkkül, olmaram imzasız, adsız , Dişində yeyiləm mən bu dünyanın! Təvəkkül Goruslu. 2019www.kafiye.net

Tarih 23 Eyl 2019 Kategori: Təvəkkül Goruslu

KÖNLÜNÜ ALIM

Elə zəmanəyə gəlib çıxdıq ki,
Klassik sevgidən yoxdur əlamət.
Çoxları inanmır, bir də baxdıq ki,
Kərəmdə qalmayıb daha kəramət!

Tarih 19 Eyl 2019 Kategori: Təvəkkül Goruslu

BÖLƏN DEYİLƏM

Səndən istədiyim böyük şey deyil,
Bir kiçik anlayış, bir az da duyum!
Mənim yox, sevginin önündə əyil,
Götürüm, qaldırım qəlbimə qoyum!

Tarih 9 Eyl 2019 Kategori: Təvəkkül Goruslu

ÜRƏK VERMƏRƏM

Hədiyyə eylədim qəlbimi sənə,
Başqa ürəklərə meylini salma!
Götürüb qoysan da tozlu küncünə,
O axı ürəkdi , laqey(i) d olma!

Tarih 2 Eyl 2019 Kategori: Təvəkkül Goruslu

XALQIM

Öz gücün, qüdrətin sözlə göstərib, 
Tanrıdan yurd yeri dilənən xalqım. 
Kinini, nifrətin gözlə göstərib, 
Əlləri, ayağı bələnən xalqım.

Tarih 15 Ağu 2019 Kategori: Təvəkkül Goruslu

QAYITMAZ OLUB

Nə dünya cənnət oldu, nə qəriblik cəhənnəm,
Unudulan Qarabağ indi əlçatmaz olub!
Xəcalət yeyir məni, qalmayıbdı bəhanəm,
Qarabağ şikəstəsi xalqı oyatmaz olub!

Tarih 31 Tem 2019 Kategori: Təvəkkül Goruslu

DÜŞƏCƏK

Bir azca avamdı, bir az lorudu,
Qınama özünü yetm sanacaq.
Qəlbim kristaldı, dağ büllurudu,
Toxunma kövrəkdi, düşüb sınacaq!

Tarih 20 Tem 2019 Kategori: Təvəkkül Goruslu

ƏLLƏRƏ BAX

Gözlər bulaq, nur çeşməsi,
Üzə halə tellərə bax.
Yox boyası, yox vəsməsi,
Tarı qucan əllərə bax!

Tarih 16 Tem 2019 Kategori: Təvəkkül Goruslu

OYADAYDIN

Səhərlərin mehi kimi, 
Çəmənlərin şehi kimi, 
Sevgimizin behi kimi, 
Məni öpüb oyadaydın!